İranın ABŞ-ın təkliflərinə RƏSMİ CAVABI

media-ads_728_90

İranın ABŞ-a cavabı rəsmi şəkildə göndərilib.

“TV1” xəbər verir ki, “Tasnim” agentliyinin məlumatına görə, ABŞ-ın 15 maddəlik təklifinə İranın cavabı ötən gün vasitəçilər yolu ilə rəsmi şəkildə göndərilib və İran qarşı tərəfin cavabını gözləyir.

İranın cavabında bildirilir:

“Düşmən tərəfindən həyata keçirilən təcavüz və terror dayandırılmalı, müharibənin yenidən baş verməyəcəyinə dair real şərait yaradılmalı, müharibə zərərlərinin və kompensasiyaların ödənilməsi təmin olunmalı və aydın şəkildə müəyyənləşdirilməlidir”.

Həmçinin, müharibənin bütün cəbhələrdə və bu münaqişədə iştirak edən bütün “müqavimət qrupları” üzrə regionun hər yerində başa çatdırılması təmin olunmalıdır.

Qeyd olunub ki, İranın Hörmüz boğazı üzərində suverenlik tətbiq etməsi onun təbii və qanuni haqqıdır, belə də qalacaq. Eyni zamanda, qarşı tərəfin öhdəliklərinin icrasına zəmanət verilməsi də şərtlərdən biridir.

Vurğulanıb ki, İran üçün artıq aydındır ki, ABŞ-ın danışıqlarla bağlı iddiası sadəcə “üçüncü aldatma” planıdır və amerikalılar bu iddia altında bir neçə məqsəd güdürlər.

media-ads_728_90
Paylaş