media-1200x100

İranın vitse-prezidenti Azərbaycanda səfərdədir

media-ads_728_90

İran İslam Respublikasının vitse-prezidenti Şina Ənsari BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.

“TV1” xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

media-ads_728_90
Paylaş