Cavad Zərif istefa verib
İran Prezidenti Məsud Pezeşkiyan tərəfindən strateji məsələlər üzrə vitse-prezident vəzifəsinə təyinat alan keçmiş XİN rəhbəri Məhəmməd Cavad Zərif istefa verib.
“TV1” xəbər verir ki, sözügedən vəzifədə cəmi 10 gün qalan Zərifin istefasına səbəb kimi Pezeşkiyanla aralarında yaranan fikir ayrılıqlarıdır.
Qeyd edək ki, Məhəmməd Cavad Zərif 2013-2021-ci illərdə İranın xarici işlər naziri kimi çalışıb.