İşğal və təcavüz nəticəsində Azərbaycana dəyən zərərin HƏCMİ

media-ads_728_90

“Azərbaycan Hökümət Komissiyasının qimətləndirməsinə əsasən hərbi təcavüz və işğal Azərbaycana 150 milyard ABŞ dolları dəyərində zərər vurub”.

“TV1” xəbər verir ki, bunu Baş nazirin müavini Samir Şərifov BMT-nin İnkişaf üçün Maliyyələşdirmə üzrə IV Beynəlxalq Konfransında deyib.

Baş nazirin müavini qeyd edib ki, Ermənistanın təcavüzünə məruz qalmış və ərazilərinin 20 faizi 30 illik işğal altında olmuş Azərbaycan, 2020-ci ilin noyabrında isğala son qoyduqdan və ərazi bütövlüyünü bərqərar etdikdən sonra işğaldan azad etdiyi ərazilərinin bərpasına başlayıb, təcavüz nəticəsində bu ərazilərdən didərgin salınmış soydaşlarımızın doğma şəhər və kəndlərinə qaytarılması üzrə Böyuk Qayıdış Dövlət Proqramını həyata keçirir. Bu günədək Proqramın icrasına dövlət büdcəsindən 15 milyard ABŞ dolları məbləğində vəsaiti sərf olunub.

S.Şərifov daha sonra bildirib ki, Azərbaycan Hökümət Komissiyasının qimətləndirməsinə əsasən hərbi təcavüz və işğal Azərbaycana 150 milyard ABŞ dolları dəyərində zərər vurub. /apa/

media-ads_728_90
Paylaş