Ukraynanın Krivoy-Roq və Lvov şəhərləri raket hücumlarına məruz qalıb - Ölənlər var

media-ads_728_90

Ukraynanın kütləvi atəşə tutulması nəticəsində Dnepropetrovsk vilayətinin Krivoy Roq rayonunda çoxuşaqlı ailə həlak olub.

“TV1” xəbər verir ki, bu barədə Krivoy Roq hərbi administrasiyasının rəhbəri Aleksandr Vilkul “Telegram”da məlumat yayıb.

Raket zərbəsi nəticəsində daha səkkiz nəfər, o cümlədən iki uşaq yaralanıb.

Xilasetmə əməliyyatı davam edir və dağıntılar hələ də təmizlənir. Qurbanlara lazımi yardım göstərilir. Vilkulun sözlərinə görə, ölənlərin sayı arta bilər.

İyulun 30-u gecəsi Rusiyanın raket hücumu nəticəsində Lvovda yaralanan sakinlərin sayı 25-ə çatıb. Bu barədə Lvov meri Andrey Sadovyi “Telegram”da məlumat verib. O bildirib ki, Lvov yerli vaxtla saat 04:45 radələrində raket hücumuna məruz qalıb. Patona və Vıqovski küçələrində iki yaşayış binasına daha çox ziyan dəyib.

Xilasedicilər dağıntılar altından insanları çıxarmağa davam edirlər. Ümumilikdə 20-dən çox yaşayış binası, bir məktəb və iki uşaq bağçası zərər görüb.

media-ads_728_90
Paylaş