İspaniya ABŞ və İsrail təyyarələri üçün hava məkanını BAĞLADI
İspaniya öz hava məkanını ABŞ və İsrailin İrana qarşı əməliyyatlarında iştirak edən təyyarələr üçün bağlayıb.
“TV1” xəbər verir ki, bu barədə TASS El Pais-a istinadən məlumat yayıb.
Bildirilir ki, Madrid təkcə Rota (Kadiz əyaləti) və Moron de la Frontera (Sevilya əyaləti) bazalarından hücumlarda iştirak edən döyüş təyyarələri və ya tanker təyyarələrinin istifadəsini qadağan etmir, həm də Böyük Britaniya və ya Fransa kimi üçüncü ölkələrdə yerləşən Amerika təyyarələrinə İspaniya hava məkanına giriş icazəsi vermir.
Məlumatda eyni zamanda, vurğulanır: “Qadağanın bir istisnası var: fövqəladə hallarda iştirak edən təyyarənin uçuşuna və ya enməsinə icazə veriləcək”.
Qeyd edək ki, daha əvvəl bildirilmişdi ki, krallığın İranda ABŞ-İsrail hərbi əməliyyatına dəstək vermək istəməməsi fonunda ABŞ İspaniyada yerləşən tanker təyyarələrini başqa ölkələrə yönləndirməyə qərar verib.








