İsrail ABŞ-ın Qüdsdəki Səfirliyinin inşası üçün torpaq sahəsi ayırıb
İsrail hökuməti Qüdsdə ABŞ-ın Səfirlik binasının tikintisi üçün torpaq sahəsinin ayrılmasını təsdiqləyib.
“TV1” xəbər verir ki, bu barədə Baş nazir Benyamin Netanyahu, xarici İşlər naziri Gideon Saar və tikinti naziri Haim Katzın birgə bəyanatında bildirilib.
Bəyanatda qeyd olunur ki, səfirliyin binasının tikintisi ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımaq öhdəliyinin uzunmüddətli ifadəsi və ikitərəfli münasibətlərin gücünün təsdiqi olacaq.
İsrail rəhbərliyi həmçinin bu qərarın İsrail və ABŞ-ın İrana qarşı birgə əməliyyatı kontekstində xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
“Bu, ölkələrimiz arasında müttəfiqliyin və strateji tərəfdaşlığın gücünün daha da təsdiqlənməsinə xidmət edir”, – deyə bəyanatda bildirilir.








