İsrail qoşunları Livanda səkkiz yaşayış məntəqəsini ələ keçirib

media-ads_728_90

İsrailin mexanikləşdirilmiş bölmələri Livana 5 kilometr irəliləyərək cənubdakı səkkiz yaşayış məntəqəsinin üzərində nəzarəti ələ keçirib.

“TV1” xəbər verir ki, cəbhənin mərkəzi sektorunda İsrail qüvvələri Ət-Tayba şəhərindən Deyr-Siryan bölgəsinə doğru irəliləyir və Litani çayının sahillərinə çatmağı hədəfləyir.

Bu istiqamətdə irəliləyişlər Vadi əl-Hujair dərəsinə zərbələr endirmək və şiə Hizbullah hərəkatına təchizat xətlərinin kəsilməsi üçün yol aça bilər.

Şərq sektorunda İsrail qüvvələri Litanidən cənubda ən böyük şəhər hesab edilən Bint-Cbeyl şəhərini mühasirəyə almağa hazırlaşır. Hücum İsrailin nəzarəti altına keçən Marun ər-Ras və Yaroundan həyata keçirilir. Şimaldan isə kalon Aytarundan Bint-Cbelya yaxınlığında yerləşən Aynata istiqamətində irəliləyir.

media-ads_728_90
Paylaş