İsrail Xəzər yaxınlığında İranın hava müdafiə sistemlərinə zərbələr endirib
İsrail Hərbi Hava Qüvvələri Xəzər dənizi yaxınlığında İranın hava müdafiə sistemlərinə zərbələr endirib.
“TV1” xəbər verir ki, bu barədə İsrail Ordusu məlumat yayıb.
Bildirilir ki, İran üzərində hava üstünlüyünü genişləndirmək məqsədilə həyata keçirilən əməliyyatlar çərçivəsində ötən gün ölkənin şimalında, Xəzər dənizi yaxınlığında yerləşən hava müdafiə sistemlərinə zərbə endirilib.








