İsrailin İtaliyadakı səfiri "L’Espresso" jurnalını sərt tənqid etdi - Amma görüntülər saxta deyilmiş.../VİDEO
İsrailin İtaliyadakı səfiri “L’Espresso” jurnalını sərt şəkildə tənqid edib.
“TV1” xəbər verir ki, “L’Espresso” jurnalının yeni üz qabığında İordan çayının qərb sahilində məskunlaşan silahlı bir israilli və bir fələstinli qadın təsvir olunub.
İsrail səfiri jurnalın üz qabını “manipulyasiya” adlandırıb. Diplomat bildirib ki, o, israillilərlə yerli sakinlər arasında birgə yaşayışın mürəkkəb reallığını təhrif edir, stereotiplərdən istifadə edir və nifrət doğurur.
Səfir jurnalistləri məsuliyyətsizlikdə ittiham edib.
Amma məlum olub ki, jurnalın üz qabığı üçün seçilən foto fotoqraf Pietro Masturzonun orijinal fotosudur. Bundan əlavə, üz qabığında təsvir olunanların əks olunduğu videolar da peyda olub.








