İyun istiləri: Belçikada Avropa üzrə ən yüksək izafi ölüm göstəricisi qeydə alınıb
Belçika iyun ayında Avropanı bürüyən güclü isti dalğası dövründə izafi ölüm göstəricisinə görə qitə ölkələri arasında ilk pillədə qərarlaşıb.
“TV1″ xəbər verir ki, iyunun son həftəsində Belçika və Fransa “çox yüksək” izafi ölüm səviyyəsi qeydə alınan yeganə ölkələr olub.
Rekord istilər xüsusilə yaşlılar və xroniki xəstəliklərdən əziyyət çəkən həssas qruplar üçün ciddi təhlükə yaradıb. Belçikada açıqlanan milli statistikaya əsasən, isti hava dalğası minlərlə əlavə ölümə səbəb olub və bu, 2000-ci ildən bəri ölkədə qeydə alınan ən ağır istilik dalğası hesab edilir.








