Kahramanmaraşda məktəbə silahlı hücum nəticəsində ölənlərin sayı 10-a çatıb
Türkiyənin Kahramanmaraş şəhərində məktəbə silahlı hücum nəticəsində ölənlərin sayı 10-a çatıb.
“TV1” xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Məlumatda bildirilir ki, xəstəxanada həkimlərin səylərinə baxmayaraq, məktəbə təşkil olunan hücumda yaralanan Yusuf Tarık Gülün həyatını xilas etmək mümkün olmayıb. Bununla da insident nəticəsində ölənlərin sayı 10-a yüksəlib.
Hücumla bağlı saxlanılan şübhəlilərin sayı 20-yə yüksəlib.
Xatırladaq ki, aprelin 15-də Kahramanmaraş şəhərində məktəbə silahlı hücum nəticəsində ölənlərdən biri müəllim, digərləri isə şagirdlərdir.








