Kiprdəki bufer zonasında BMT Baş katibinin sədrliyi ilə üçtərəfli görüş keçirilib

media-ads_728_90

BMT-nin Baş katibi Antonio Quterreşin sədrliyi ilə Kiprdəki bufer zonasında adanın yunan və türk liderlərinin iştirak etdikləri üçtərəfli görüş keçirilib.

“TV1” xəbər verir ki, BMT Baş katibi görüşdən sonra bildirib:

“BMT sülhü zorla qəbul etdirə bilməz, lakin Kipr xalqını dəstəkləməyə sadiqdir”.

Paytaxt Nikosiyada bufer zonasında yerləşən Birləşmiş Millətlər Təşkilatının (BMT) qərargahında keçirilən görüşdə BMT-nin Baş katibi Antonio Quterreş, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Tufan Erhürman və yunan Kipr Administrasiyasının (KKA) lideri Nikos Xristodulides iştirak ediblər. Üçtərəfli görüş bir saatdan çox davam edib.

Görüşdən sonra ŞKTC Prezidenti Erhürman və yunan Kiprinin lideri Xristodulides bufer zonasını tərk ediblər.

Görüşdən sonra Baş katib Quterreş mətbuat konfransı keçirib. O qeyd edib ki, hər iki tərəf və onların zaminləri “5+5” formatında görüş keçirmək barədə razılığa gəlib, lakin bunun üçün kifayət qədər müddət, etimad tədbirləri, metodoloji və əsaslı hazırlıqlar tələb olunur.

O qeyd edib ki, xüsusilə, üç zamin ölkənin (Yunanıstan, Türkiyə və Birləşmiş Krallıq) davamlı dəstəyinə ümid edirəm:

“Birləşmiş Millətlər Təşkilatı sülhü zorla qəbul etdirə bilməz, lakin ada və daha geniş region üçün bu vacib dövrdə Kipr xalqını dəstəkləməyə tam sadiqdir. Hesab edirəm ki, Kiprdə həll yoluna nail olmaq yalnız Kipr xalqının maraqlarını və sülhü qorumaq üçün deyil, həm də getdikcə təhlükəli dərəcədə qeyri-sabit olan regionda sabitlik amili kimi tamamilə vacibdir”.

media-ads_728_90
Paylaş