Kiyevə kütləvi hava zərbələri nəticəsində 18 yaşayış binası dağılıb

media-ads_728_90

Rusiya ordusunun avqustun 1-nə keçən gecə Kiyevə endirdiyi kütləvi hava zərbələri nəticəsində 18 yaşayış binası dağılıb. Ən böyük dağıntı isə Kiyevin Solominsk, Darnitsk rayonlarında yerləşən yaşayış binalarında baş verib.

“TV1” xəbər verir ki, hava hücumu zamanı Kiyevdə 9 nəfər həlak olub, 30 sakin isə xəsarət alıb.

Dağıntılar altında insanların qaldığı güman olunur.

Rusiya ordusunun şəhərə hava hücumu zamanı, ümumilikdə, 35 müxtəlif tipli raket və 185 drondan istifadə etdiyi bildirilir. Raketlərdən 27-si ballistik raketdir. Əsas hədəf Kiyev şəhəri olub.

media-ads_728_90
Paylaş