Kolumbiyada hərbi təyyarə qəzaya uğrayıb - 66 hərbi qulluqçu həlak olub

media-ads_728_90

Göyərtəsində 100-dən çox hərbçinin olduğu Kolumbiya Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus “Hercules C-130” təyyarəsi ölkənin cənubunda qəzaya uğrayıb.

“TV1” xəbər verir ki, ölkənin müdafiə naziri Pedro Sançes “X” sosial şəbəkəsində hadisəni təsdiqləyib.

“Dərin kədər hissi ilə bildirirəm ki, Kolumbiya HHQ-yə məxsus, silahlı qüvvələrimizin qulluqçularını daşıyan “Hercules” təyyarəsi Puerto-Legisamo şəhərində havaya qalxarkən qəzaya uğrayıb”, – deyə o bildirib.

xxxx

Kolumbiya Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus “C-130 Hercules” təyyarəsinin ölkənin cənubunda qəzaya uğraması nəticəsində 66 hərbi qulluqçu həlak olub.

Məlumata görə, həlak olanlar arasında Kolumbiya HHQ-nin 6, Milli Ordunun 58 və Milli Polisin 2 hərbi qulluqçusu var.

Meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi davam edir. 4 hərbçi itkin düşmüş hesab olunur.

media-ads_728_90
Paylaş