Krakov şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzində Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO

media-ads_728_90

Polşanın Krakov şəhərində yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində 27 Sentyabr – II Qarabağ Müharibəsinin Anım Günü ilə bağlı tədbir keçirilib.

Bu barədə “TV1”-ə açıqlamasında “TV1” kanalının Polşadakı müxbiri Azad Həmidov məlumat verib.

O qeyd edib ki, eyni zamanda Qərbi Azərbaycan mövzusunda seminar təşkil olunub.

Seminarın əsas mövzusu II Qarabağ Müharibəsi dövründəki vəziyyət olub. Həmçinin, Qərbi Azərbaycan məsələsinə də toxunulub. Tədbirin açılış nitqini Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Sədat Şamilli edərək iştirakçıları salamlayıb, Anım Günü münasibətilə şəhidlərə və qazilərə dərin ehtiramını bildirib.

Sonra tədbirə Azərbaycan Respublikasından dəvət olunmuş qonaq – Elmlər Akademiyasının nümayəndəsi Tofiq Əlizadəyə söz verilib. Tofiq Əlizadə çıxışında tədbirin mövzusu ilə bağlı fikirlərini tədbir iştirakçılarına çatdırıb.

Anım günü tədbiri çıxışlardan sonra yekunlaşıb və iştirakçılar II Qarabağ Müharibəsində şəhid olmuş və yaralanmış Azərbaycan vətəndaşlarına ehtiramlarını ifadə ediblər.

media-ads_728_90
Paylaş