Krım körpüsü bağlanıb - 800-dən çox maşın yollarda qalıb
Krım körpüsünün bağlanması nəticəsində körpüyə gedən yollarda hazırda 800-dən çox avtomobil qalıb.
“TV1” xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, ötən gün Ukrayna ordusunun Krıma kütləvi PUA hücumu nəticəsində Krım körpüsü bağlanmışdı.








