Küveyt Beynəlxalq Hava Limanı PUA hücumlarından sonra fəaliyyətini dayandırıb
İran pilotsuz uçuş aparatlarının (PUA) hücumlarından Küveyt Beynəlxalq Hava Limanının fəaliyyəti sonra dayandırılıb.
“TV1” xəbər verir ki, bu barədə Küveytin KUNA agentliyi məlumat yayıb.
Bununla əlaqədar olaraq, zəruri prosedurlar başa çatana qədər reyslər alternativ hava limanlarına yönləndirilib: “Texniki qruplar obyektlərə və istismar sistemlərinə dəymiş ziyanı nəzərdən keçirməyə başlayıblar”.
Daha əvvəl Küveyt Silahlı Qüvvələrinin Quru Qoşunlarının Baş Qərargahı bildirib ki, İranın hücumları səbəbindən hava limanının sərnişin terminalı binası zədələnib.








