Laçında hərbçilərin Zəfər yürüşü keçirilib
Laçın şəhərində Zəfər Günü münasibətilə hərbçilərin yürüşü keçirilib.
“TV1” xəbər verir ki, Laçının Bayraq meydanından başlayan yürüş şəhərin mərkəzi prospekti boyunca müəyyən olunan marşrut üzrə davam edərək başladığı yerdə başa çatıb.
Əsgərlərin nizami yürüşü şəhər sakinlərinin alqışları ilə müşayiət olunub.








