Leysan yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

media-ads_728_90

İyulun 30-31-də Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir.

“TV1” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında bildirilir.

Qeyd olunur ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

media-ads_728_90
Paylaş