Lisey və gimnaziyalara qəbul başlayır

media-ads_728_90

2026-2027-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən bir sıra lisey və gimnaziyaların 7-ci sinfinə qəbul prosesi başlayır.

“TV1” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Təhsil İnstitutunun məlumatında bildirilir.

Qeyd olunur ki, qeydiyyat 9 – 19 iyun tarixlərində aparılacaq. Qeydiyyatdan keçmək üçün valideynlər (və ya qanuni nümayəndələr) şəxsi kabinetlərində “Sorğu yerləşdir” bölməsinə daxil olaraq öncə “Mərkəzi imtahanla qəbul” düyməsini, sonra isə imtahan keçiriləcək mərkəzi və müvafiq məlumatları seçməlidirlər.

Xatırladaq ki, şagird qəbulu mərkəzləşdirilmiş imtahan əsasında həyata keçiriləcək. İmtahanda şagirdlərə tədris dili və riyazi təfəkkürü ölçən müxtəlif tipli suallar təqdim edilir. Müvafiq bal toplayan şagirdlər seçim mərhələsinə buraxılır. Qəbul olunan şagirdlər üçün sistemdə avtomatik sorğular yaradılır və sənəd qəbulu prosesi aparılır. Lisey seçimi 2 mərhələdə, ehtiyac olduqda isə 3 mərhələdə həyata keçirilir.

media-ads_728_90
Paylaş