Livanda BMT sülhməramlıları yaralanıb
Livanın cənubunda, İsrail sərhədinə yaxın ərazidə baş verən naməlum bir insident zamanı Birləşmiş Millətlər Təşkilatının (BMT) Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) sülhməramlıları xəsarət alıb.
“TV1” xəbər verir ki, məlumata görə, hadisə Bani Hayyan yaxınlığında baş verib.
Nəticədə bir neçə sülhməramlı yaralanıb.








