"Liverpul" - "Qarabağ" oyununu slovakiyalı hakim idarə edəcək

media-ads_728_90

İngiltərədə “Liverpul” və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun oyununun baş hakimi açıqlanıb.

“TV1” xəbər verir ki, matçı slovakiyalı hakim İvan Kruzliak idarə edəcək.

Qeyd edək ki, “Liverpul” – “Qarabağ” oyunu yanvarın 28-dən 29-na keçən gecə baş tutacaq. Matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

media-ads_728_90
Paylaş