Londonda yəhudi xeyriyyə təşkilatına məxsus 4 təcili yardım maşını yandırılıb

media-ads_728_90

Londonda yəhudi xeyriyyə təşkilatına məxsus 4 təcili yardım maşını yandırılıb.

“TV1” BBC-yə istinadən xəbər verir ki, London polisi bildirib ki, təcili yardım maşınlarını yandırmaqda şübhəli bilinərək həbs edilən iki nəfər zaminə buraxılıb.

London Polisinin Terrorla Mübarizə Komandanlığının rəhbəri Helen Flanaqan deyib:

“Hər iki şəxs həbsdən azad edilsə də, biz onların bu hadisədə iştirakı ilə bağlı araşdırmalarımızı davam etdirdiyimiz üçün ciddi girov şərtləri tətbiq olunur. İctimaiyyəti əmin etmək istəyirəm ki, biz bu şərtlərə əməl olunmasına ciddi nəzarət edəcəyik”.

Londonda böyük yəhudi icması kimi tanınan Qolders Qrin ərazisində Hatzalah təcili yardım maşınları yandırılıb. Hadisə antisemit nifrət cinayəti kimi araşdırılır. Polis Londonda iki şəxsi həbs edib. Hər ikisinin Britaniya vətəndaşı olduğu bildirilir.

Bölgənin polis rəsmilərinin açıqladığı məlumatlara görə, həbslər əhəmiyyətli bir irəliləyişdir. Bildirilib ki, polisdə başqa bir şəxsin də görüntüləri var: “Yəhudi icmasının təhlükəsizliyi məsələsinə son dərəcə ciddi yanaşırıq. Təhlükəsizlik tədbirlərini artırmışıq və bu addımları davam etdirəcəyik. Onların təhlükəsizliyini qorumaq üçün mümkün olan hər şeyi təmin edəcəyik”.

Həmçinin qeyd edilib ki, polisin əlində “üç nəfərin iştirakını göstərən” görüntülər də var və araşdırmalar davam etdirilir.

media-ads_728_90
Paylaş