Macarıstan Ermənistan və Gürcüstan vətəndaşlarına iş vizalarının verilməsini dayandırır

media-ads_728_90

Macarıstan hökuməti bu gündən etibarən Gürcüstan, Ermənistan və Filippin vətəndaşlarına iş vizalarının verilməsini dayandırır.

“TV1” xəbər verir ki, “Reuters”in məlumatına görə, bu barədə ölkə hökumətinin rəsmi nümayəndəsi Vanda Sondi bildirib.

O qeyd edib ki, hökumət əcnəbi işçilərin yerli işçilərin əməkhaqqısının artımını ləngitdiyi ilə bağlı narahatlıqlara görə onların işə düzəlmə qaydalarını sərtləşdirmək niyyətindədir.

V.Sondi bildirib ki, bu, ölkəyə əcnəbi işçi axınının tənzimlənməsində ilk addım olacaq.

Bununla yanaşı, artıq Macarıstanda olan əcnəbi işçilər icazələrin müddətinin uzadılması üçün müraciət edə biləcəklər, əvvəllər verilmiş ərizələrə isə müəyyən olunmuş qaydada baxılacaq.

media-ads_728_90
Paylaş