Macarıstanda konstitusiya dəyişikliyi - Prezident vəzifəsindən kənarlaşdırılır...
Macarıstanın Baş naziri Peter Madyar ölkə Prezidenti Tamaş Şuyoku vəzifədən kənarlaşdırmaq məqsədilə ölkənin konstitusiyasına düzəlişlər etmək niyyətində olduğunu bəyan edib.
“TV1” xəbər verir ki, “Bloomberg” agentliyinin yaydığı məlumata görə, Baş nazir bu bəyanatı iyunun 1-də, prezidentin istefa verməsi üçün müəyyən edilmiş 31 may – son tarixin başa çatmasından bir neçə saat sonra verib.
Qeyd edək ki, T.Şuyok daha əvvəl vəzifəni tərk etməkdən imtina edərək, Macarıstanın və Avropa İttifaqının konstitusiya normalarına uyğun olaraq vəzifədə qaldığını bəyan etmişdi.








