Peterdən TƏKLİF: Orban Avropa İttifaqının prezidenti ola bilər

media-ads_728_90

Macarıstanda keçirilən seçkilərin qalibi, ölkənin yeni Baş naziri Peter Macyar bildirib ki, Viktor Orban 2029-cu ildə Avropa İttifaqı rəhbərliyi uğrunda namizəd ola bilər.

“TV1”xəbər verir ki, o, Orbanın hazırki Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen ilə rəqabət apara bilərcəyini bildirib.

P.Macyar qeyd edib ki, Orbanın xüsusilə miqrasiya məsələsində sərt və fərqli yanaşması onu bu vəzifə üçün potensial namizədə çevirir.

Macarıstanın yeni baş naziri Peter Macyar təklif edib ki, Viktor Orban 2029-cu ildə Ursula fon der Lyayenə qarşı Avropa İttifaqı prezidenti postuna namizədliyini irəli sürsün: “Viktor Orban Avropa İttifaqının prezidenti ola bilər. Onun miqrasiya ilə bağlı öz baxışı və sərt siyasəti var”.

media-ads_728_90
Paylaş