media-1200x100

Macarıstanın Şengen zonasından çıxarılması tələb edilib

media-ads_728_90

Avropa Parlamentinin bir qrup deputatı Macarıstanın Şengen zonasından çıxarılmasını tələb edib.

“TV1” xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Bildirilib ki, ümumilikdə 70 avroparlamentarinin müraciətində bu addım rəsmi Budapeştin Rusiya və Belarus da daxil olmaqla, səkkiz ölkənin vətəndaşlarına qarşı viza tələblərinin sadələşdirilməsi barədə qərarı ilə əlaqələndirilib.

Müraciətə imza atanlar arasında Belçika və İrlandiyanın keçmiş baş nazirləri də var.

Qeyd edək ki, Şengen zonası bir-biri ilə sərhəd nəzarətinin ləğvi haqqında müqavilə imzalayan 29 dövlətdən ibarətdir.

media-ads_728_90
Paylaş