Macarıstanda yeni nazir seçki qələbəsini səhnədə rəqs edərək qeyd edib - VİDEO
Macarıstanda yeni nazir seçki qələbəsini səhnədə rəqs edərək qeyd edib.
“TV1” xəbər verir ki, Macarıstanın yeni hökumətində Səhiyyə naziri olması gözlənilən Zsolt Heqedüs Peter Madyarın seçki qələbəsini səhnədə rəqs edərək qeyd edib.
Görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb və geniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, Macarıstanda aprelin 12-də parlament seçkiləri keçirilib. Ölkənin Baş naziri Viktor Orban seçkilərdə məğlub olub. Hakim siyasi qüvvə səsvermənin yekunlarına görə məğlub olub.
Səslərin 53,45%-nin işlənməsindən sonra “Tisa” Macarıstandakı parlament seçkilərində ilkin olaraq liderlik edir və parlamentdəki 199 yerdən 136-nı qazanıb. “Fides” – “Xristian-Demokratik Xalq Partiyası” alyansı 56 yer qazanıb, ifrat sağçı “Bizim Vətən”in isə yeddi yeri tutub.








