Magistraturaya qəbul nəticələri bu gün açıqlana bilər - DİM
Magistraturaya qəbulun nəticələrinin bu gün və ya sabah elan olunacağı gözlənilir.
“TV1” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Aparat rəhbəri Vəfadar Misirov DİM-in elektron imtahanlar korpusunda keçiriləcək “Ali təhsil müəssisələrinin sərgisi”nin açılış mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, bundan sonra qəbul olunanların qeydiyyatı aparılacaq, daha sonra isə boş qalan plan yerlərinə ixtisas seçimi keçiriləcək:
“Magistr təhsili mühüm təhsil pilləsidir və bakalavr təhsilindən sonra insanın gələcək karyerası üçün taleyüklü mərhələ olmalıdır. Magistratura sadəcə vaxt keçirmək və ya haradasa işləmək üçün diplom əldə etmək məqsədi daşımamalıdır”.
Sərgi 3 gün davam edəcək və əsas məqsəd ixtisas seçimindən öncə abituriyentləri ali təhsil müəssisələrinin imkanları ilə tanış etmək və onların ixtisas seçiminin müəyyən olunmasına dəstək göstərməkdir.








