media-1200x100

Mahmud Abbas Türkiyəyə səfər edəcək

media-ads_728_90

Fələstin prezidenti Mahmud Abbas avqustun 14-15-də Türkiyəyə səfər edəcək.

“TV1” TRT-yə istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan 5 aylıq fasilədən sonra Abbasla görüşəcək.

Ərdoğan-Abbas görüşündə Qəzzada humanitar böhran və atəşkəs axtarışları gündəmdə olacaq. Regionda artan gərginlik, xüsusilə İran-İsrail gərginliyi də müzakirə olunacaq.

Mahmud Abbas avqustun 15-də Türkiyə Böyük Millət Məclisində (BMM) olacaq. O, BMM-in iclasında çıxış edəcək. Sessiyaya parlamentin sədri Numan Kurtulmuş sədrlik edəcək.

media-ads_728_90
Paylaş