Makron meşə yanğınları ilə mübarizə aparmaq üçün dəstəyə görə Türkiyəyə təşəkkür edib

media-ads_728_90

Fransa Prezidenti Emmanuel Makron ölkəni bürüyən meşə yanğınları ilə mübarizə aparmaq üçün amfibiya tipli təyyarələr göndərdiyinə görə, Türkiyəyə təşəkkür edib.

“TV1” “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, bu barədə E.Makron sosial şəbəkə hesabındakı paylaşımında bildirib.

E.Makron minnətdarlığını “Təşəkkürlər, Türkiyə!” sözləri və Türkiyə bayrağı ikonu ilə paylaşıb.

Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğanın tapşırığı ilə Türkiyə İspaniyaya göstərilən yardımdan sonra Fransaya da iki ədəd amfibiya tipli yanğınsöndürmə təyyarəsi göndərib.

Xatırladaq ki, Fransa tarixinin ən böyük təbii fəlakətlərindən birini yaşayır. İlin əvvəlindən bəri ölkədə 116 000 hektar meşə sahəsi yanıb. Fransanın cənubundakı Jironda departamentində təxminən bir həftədir davam edən yanğınlar nəticəsində 42 000 hektardan çox ərazi məhv olub. Jironda, Var, Land və Yuxarı Korsika departamentindəki yanğınları nəzarət altına almaq hələ mümkün olmayıb.

media-ads_728_90
Paylaş