MDB ölkələrinin liderləri Düşənbədə 19 sənəd İMZALAYIB
Tacikistanda keçirilən sammitin yekunları üzrə MDB ölkələrinin liderləri 19 sənəd imzalayıblar.
“TV1” xəbər verir ki, bu barədə Tacikistan KİV məlumat yayıb.
İmzalanan sənədlər sırasında – 2026-2028-ci illər üzrə MDB-yə üzv dövlətlərin terrorizm və ekstremizmə qarşı mübarizə sahəsində əməkdaşlıq Proqramı, 2026-2030-cu illər üzrə xarici sərhədlərdə sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi üzrə Proqram, regional enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Bəyannamə və s. yer alır.
Sammitin əsas qərarlarından biri “MDB+” formatının təsis edilməsi olub. Bu qərarın qəbulu təşəbbüsü Qazaxıstan tərəfindən irəli sürülüb. Bu format MDB ölkələrinin digər dövlətlər, onların birlikləri və beynəlxalq təşkilatlarla əməkdaşlığı üçün platforma olacaq.