Bu qəzetlər 5 min manatadək cərimələnəcək - Qanun təsdiqləndi

media-ads_728_90

Azərbaycanda Media Reyestrində olmadan fəaliyyət göstərən çap mediası 5 min manatadək cərimələnəcək.

“TV1” xəbər verir ki, bu, Prezident İlham Əliyevin Mülki, İnzibati Xətalar məcəllələrində, “Media haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunlarında dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

Dəyişikliyə əsasən, Media Reyestrində olmadan fəaliyyət göstərən çap mediası subyektinin çap mediası məhsulunun, həmin subyekt, nəşriyyat (naşir) və ya yayıcı tərəfindən nəşri və ya yayımına görə fiziki şəxslər 500 manatdan 1000 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə, hüquqi şəxslər 3000 manatdan 5000 manatadək məbləğədək cərimə ediləcək.

Bu Məcəllənin yuxarıdakı maddəsində yayıcı dedikdə nəşriyyatla və ya (naşirlə) müqavilə bağlamaqla yaxud digər qanuni əsaslarla nəşriyyat məhsullarının yayılmasını və satışını həyata keçirilən fiziki və hüquqi şəxs başa düşülür.

Dövlət başçısı müvafiq qanunun icrası ilə bağlı Fərman imzalayıb.

media-ads_728_90
Paylaş