Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq

media-ads_728_90

Azərbaycan Mərkəzi Bankı (AMB) iyunun 24-də növbəti dəfə uçot faiz dərəcəsi ilə bağlı qərarını verəcək.

“TV1” xəbər verir ki, bu barədə AMB-nin məlumatında bildirilir.

AMB sonuncu qərarında, yəni mayın 6-da uçot dərəcəsini sabit saxlayıb. Uçot dərəcəsi 6,5%, faiz dəhlizinin aşağı həddini 5,5%, faiz dəhlizinin yuxarı həddini isə 7,5% səviyyəsində dəyişməz saxlayıb.

Qeyd edilib ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar inflyasiya proqnozunun dəyişimi, habelə makroiqtisadi təhlillərin nəticələri əsasında veriləcəkdir. İnflyasiya proqnozunun hədəfdən kənarlaşması riski yarandığı təqdirdə adekvat siyasət tədbirləri həyata keçiriləcəkdir.

media-ads_728_90
Paylaş