Milli Məclis BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasını ratifikasiya edəcək
Milli Məclis “İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi – Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyası”nı ratifikasiya edəcək.
“TV1” xəbər verir ki, bu barədə qanun layihəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin yanvarın 29-da keçiriləcək iclasının gündəliyinə daxil edilib.








