Milli Məclis Milli Qurtuluş günü münasibətilə Prezident və Birinci vitse-prezidenti təbrik edib
Milli Məclis 15 iyun – Milli Qurtuluş günü münasibətilə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.
“TV1” xəbər verir ki, bu təkliflə spiker Sahibə Qafarova parlamentin növbədənkənar sessiyası çərçivəsində bu gün keçirilən iclasda çıxış edib.
Deputatlar təklifi alqışlarla dəstəkləyib.








