Milli mətbuatımızın yaranmasından 151 il ötür - VİDEO

media-ads_728_90

Azərbaycan milli mətbuatının təməli 1875-ci il iyulun 22-də görkəmli maarifçi, təbiətşünas-alim Həsən bəy Zərdabi tərəfindən nəşr olunan “Əkinçi” qəzeti ilə qoyulub. Bütün Qafqazda böyük əks-səda doğuran bu nəşrin həm naşiri, həm redaktoru, həm də korrektoru Həsən bəy Zərdabi olub. Qəzetin ərsəyə gəlməsində Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və digər ziyalılarımızın da mühüm xidmətləri olub.

Bu gün Azərbaycan mediası təkcə informasiya yayımı ilə kifayətlənmir. O, həm də milli birliyin, dövlətçilik mövqeyinin və tarixi ədalətin informasiya cəbhəsindəki əsas təbliğatçılarından biridir.

“TV1” kollektivi bu əlamətdar gün münasibətilə bütün mətbuat işçilərini təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayır!

media-ads_728_90
Paylaş