Milli Qurtuluş Günü münasibətilə paytaxtda möhtəşəm atəşfəşanlıq təşkil edilib - FOTO

media-ads_728_90

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə bayram konserti keçirilib.

“TV1” xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının 33-cü ildönümünə həsr edilən konsert Saat Qülləsinin qarşısında təşkil olunub.

Tanınmış müğənnilərin və yaradıcı kollektivlərin iştirakı ilə paytaxt sakinlərinə və şəhərimizin qonaqlarına Dənizkənarı Milli Parkda rəngarəng musiqi proqramı təqdim edilib.

Bayram konserti atəşfəşanlıqla yekunlaşıb.

 

media-ads_728_90
Paylaş