Millimiz Fransaya uduzdu

media-ads_728_90

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində 3-cü tur oyununa çıxıb.

“TV1” xəbər verir ki, Ayxan Abbasovun baş məşqçilik etdiyi komanda Fransanın qonağı olub.

Parisdəki “Park de Prens” stadionunda keçirilən görüş ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hazırda D qrupunda Fransa 9 xalla liderdir, Azərbaycan 1 xalla sonuncu – 4-cüdür. Bu qrupun digər oyununda Urayna İslandiyaya qalib gəlib.

Qeyd edək ki, Fransa və Azərbaycanın əsas milli komandaları tarixlərində üçüncü dəfə üz-üzə gəliblər. Daha əvvəl bu komandalar hələ Avro-1996-nın seçmə mərhələsində qarşılaşıblar.

Trabzon şəhərində keçirilmiş ilk qarşılaşmada (13 dekabr, 1994) Azərbaycan milliisi 0:2 hesabı ilə uduzub, Oser şəhərində baş tutan ikinci oyunda (6 sentyabr, 1995) isə Fransa 10:0 hesabı ilə qələbə qazanıb. Bu, millimizin tarixində ən böyükhesablı məğlubiyyətdir.

media-ads_728_90
Paylaş