Mirzoyan Kallasla görüşüb - Strateji tərəfdaşlıq gündəliyi və demokratik dayanıqlılıq müzakirə olunub
Ermənistan və Avropa İttifaqı arasında tərəfdaşlığın strateji gündəliyinin ardıcıl həyata keçirilməsi məsələləri müzakirə edilib.
“TV1” xəbər verir ki, müzakirələr Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Avropa İttifaqının (Aİ) diplomatiya rəhbəri Kaya Kallas arasında Brüsseldə aparılıb.
Bildirilir ki, may ayında İrəvanda keçiriləcək Ermənistan-Aİ sammitinə hazırlığa xüsusi diqqət yetirilib:
“Mirzoyan və Kallas həmçinin Ermənistan və Aİ arasında dəyərlərə əsaslanan tərəfdaşlığın mühüm hissəsi olan demokratik dayanıqlılığın gücləndirilməsi təşəbbüslərini müzakirə ediblər”.
Bundan əlavə, iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı üzrə qarşılıqlı faydalı proqramların həyata keçirilməsinin, eləcə də energetika sahəsində əməkdaşlığın vacibliyi vurğulanıb.








