Moldova 2027-ci ildə MDB-dən çıxacaq
Moldova 2027-ci ilin aprelində Müstəqil Dövlətlər Birliyindən (MDB) rəsmi olaraq çıxacaq.
“TV1” TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoy bildirib.
Müstəqil Dövlətlər Birliyinin tərkibindən çıxmaq barədə rəsmi bildiriş artıq Minskə göndərilib.
Nazirin sözlərinə görə, proses 2027-ci il aprelin 8-də – təşkilatın Minskdə yerləşən katibliyinə bildirişin göndərilməsindən düz bir il sonra başa çatacaq.








