Moldova MDB-dən çıxdı - Prezident imzalanmış müqavilələri ləğv etdi

media-ads_728_90

Moldova Prezidenti Maya Sandu MDB ölkələri ilə müqavilələri ləğv edib.

“TV1” xəbər verir ki, ölkə prezidenti Maya Sandu Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxma prosesini rəsmi olaraq başa çatdıran fərmanlar imzalayıb.

Dərc olunmuş məlumata görə, birinci fərman 8 dekabr 1991-ci il tarixli MDB-nin yaradılması haqqında müqavilənin, eləcə də 21 dekabr 1991-ci il tarixli müvafiq protokolun ləğvini nəzərdə tutur. İkinci fərman isə 22 yanvar 1993-cü ildə qəbul edilmiş MDB Nizamnaməsinin ləğvi ilə bağlıdır.

Qeyd edək ki, sənədin mətnində vurğulanır ki, Kişinyov öz qərarı barədə MDB strukturlarına məlumat verməyi öhdəsinə götürür. Təşkilatın Nizamnaməsinin 9-cu maddəsinə uyğun olaraq, üzv dövlət nəzərdə tutulan çıxma tarixindən 12 ay əvvəl yazılı bildiriş verməklə MDB-dən çıxmaq hüququna malikdir.

media-ads_728_90
Paylaş