Moskva aeroportları bağlanıb - Dron hücumu ilə əlaqədar...
Moskvanın “Domodedovo”, “Şeremetyevo”, “Vnukovo” və “Jukovski” hava limanları müvəqqəti bağlanıb.
“TV1” xəbər verir ki, bu barədə Rusiya Hava Nəqliyyatı Federal Agentliyi – “Rosaviasiya” məlumat yayıb.
Bildirilib ki, Moskvanın bütün aeroportlarında təyyarələrin uçuş və enişinə məhdudiyyət tətbiq olunub.
Qeyd edək ki, Ukraynanın dron hücumu ilə əlaqədar Moskvanın üç hava limanında 150-yə yaxın reys təxirə salınıb və ya ləğv edilib. “Şeremetyevo” aeroportunda 95 reys təxirə salınıb. “Vnukovo” və “Domodedovo” aeroportlarında isə təxminən 55 reys təxirə salınıb.








