Moskvada yeni dalğa - 131 nəfər COVİD-19-a yoluxub
İyulun 29-dan avqustun 4-dək Moskvada COVID-19-a 2524 yoluxma halı aşkar edilib.
“TV1” xəbər verir ki, bu barədə koronavirus üzrə federal qərargahın həftəlik hesabatında məlumat verilib.
Paytaxt üzrə hesabatda deyilir:
“Həftə ərzində 2524 yoluxma halı aşkar olunub, 131 nəfər xəstəxanaya yerləşdirilib, 1884 nəfər sağalıb, ölüm halı yoxdur”.