Moskvaya son iki ildə ən böyük dron hücumu olub
Ukrayna Moskvaya son iki ildə ən böyük dron hücumunu edib.
Kütləvi dron hücumuna görə, paytaxtın hava limanlarında 260-dan çox uçuş təxirə salınıb və ya ləğv edilib.
“TV1” TASS-a istinadən xəbər verir ki, aviaşirkətlər sərnişinləri hava limanına gəlməməyə, biletlərini qaytarmağa və ya dəyişdirməyə çağırıb.
Moskva meri Sergey Sobyanin son sutkada 194 Ukrayna PUA-sının vurulduğunu açıqlayıb.
Əslən Azərbaycandan olan iş adamı Qod Nisanovun ticarət mərkəzinə də PUA düşdüyü bildirilir.








