Naxçıvanda istirahət mərkəzində bədbəxt hadisə nəticəsində ölən şəxslərin kimliyi məlum olub
Şahbuzda istirahət mərkəzində su üzərində olan platformanın aşması nəticəsində ölən şəxslərin adları məlum olub.
“TV1” xəbər verir ki, hadisə zamanı 1983-cü il Hüseynova Sevinc Abdulla qızı, onun qızı 2011-ci il təvəllüdlü Hüseynova Ceyran Tural qızı və nənə, 1947-ci il təvəllüdlü Məmmədova Səbinə Xəlil qızı vəfat edib.
Faktla bağlı Şahbuz Rayon Prokurorluğunda araşdırma aparılır.