Nazir müavini: Xəzər dənizində suyun səviyyəsinin azalması ciddi narahatlıq doğurur

media-ads_728_90

Son illər Xəzər dənizində suyun səviyyəsinin azalması ciddi narahatlıq doğurur.

“TV1” xəbər verir ki, bunu Azərbaycanın ev sahibliyi ilə keçirilən Ümumdünya Ətraf Mühit Gününə (WED) həsr olunmuş beynəlxalq tədbir çərçivəsində “Xəzər dənizi yolayrıcında: Dəniz səviyyəsinin enməsi və regional fəaliyyət üzrə elm-siyasət dialoqu” panel sessiyasında ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev deyib.

O bildirib ki, bunun təsirləri artıq sahil ekosistemlərində, iqtisadi fəaliyyətlərdə və yerli icmaların həyatında hiss olunur:

“Səviyyə azalmasının səbəbləri ilə bağlı araşdırmalar davam edir. İqlim dəyişiklikləri, çay axınları, hidroloji proseslər və su istifadəsi kimi amillərin təsiri öyrənilir. Bu məsələlərə dair müxtəlif elmi yanaşmalar mövcuddur və tədqiqatlar davam etdikcə biliklərimiz genişlənir. Bugünkü görüşün məqsədi vahid mövqe formalaşdırmaq deyil. Məqsəd elmi biliklərin paylaşılması, müxtəlif yanaşmaların müzakirəsi və əməkdaşlıq imkanlarının müəyyən edilməsidir”.

media-ads_728_90
Paylaş