Neft hasilatı azalmayıb - İranın neft naziri
ABŞ və İsrail ilə 40 günlük silahlı münaqişə ərzində İran neft hasilatını azaltmayıb və ixracını davam etdirib.
‘’TV1’’ xəbər verir ki, bu barədə İranın neft naziri Möhsün Paknejad açıqlama verib.
O qeyd edib ki, müharibə ərzində istehsalımız azalmadı və ixrac prosesi gözlənildiyi kimi davam etdi:
“Təbii ki, blokadadan sonrakı günlərdə çətinliklərlə qarşılaşdıq. Tədbirlər görüldü və bu tədbirlər qüvvədədir”.
Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) daha əvvəl dəniz blokadasının başlanğıcından bəri ABŞ ordusunun İran limanlarına gedən və ya İran limanlarından gələn 60-dan çox ticarət gəmisini istiqamətləndirdiyini bildirmişdi. Komandanlıq həmçinin eyni dövrdə ABŞ qüvvələrinin dörd ticarət gəmisinə zərbə endirdiyini bildirmişdi. ABŞ 13 apreldə İrana qarşı dəniz blokadasına başlayıb. CENTCOM bildirib ki, Amerika tərəfi İran limanlarına gedən və ya İran limanlarından çıxan bütün gəmilərin hərəkətinin qarşısını alacaq.








