Neft qiymətləri sürətlə artır - "Brent"in qiyməti...

media-ads_728_90

ABŞ Prezidenti Donald Trampın İranla danışıqların gedişatına dair bəyanatlarından sonra martın 26-sı günorta saatlarında neft qiymətləri sürətlə artıb.

“TV1” xəbər verir ki, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin may fyuçerslərinin qiyməti Bakı vaxtı ilə 14:57-yə olan məlumata əsasən 3,96 ABŞ dolları (3,87 %) artaraq bir barel üçün 106,18 ABŞ dollarına çatıb.

Qeyd edək ki, daha əvvəl D.Tramp İranı tələsməyə və ABŞ ilə münaqişənin başa çatdırılmasına dair danışıqlara ciddi yanaşmağa çağıraraq xəbərdarlıq edib ki, əks halda Tehran ciddi nəticələrlə üzləşəcək.

media-ads_728_90
Paylaş